
Almaniyada öz mövcudluğunu elan etmiş və bir nəçə böyük şəhərlərdə anti-islam yürüşlərini təşkil etmiş "PEGİDA" anti-İslam hərəkatı öz fəaliyyətini genişləndirərək İsveçrədə movcud olan anti-islam qruplara dəstəkləmək qərarına gəlib.
Ahlibeyt.az-ın qərb mətbuatına istinadən əldə etdiyi məlumata görə, bir müddət əvvəl Almaniyanın sosial şəbəkələrində öz mövcudiyyətini elan etmiş anti-İslam PEGİDA hərəkatı İsveçrədə radikal anti-islam qrupların bu hərəkat altında birləşməsinə yardımçı olduğunu bildirib.
PEGİDA 2015-ci ilin Fevral ayının 16-da İsveçrədə müsəlmanların bu ölkədə yaşamasının əleyhinə icazəsiz yürüş keçirmək niyyətindədir.
Almaniya mətbuatının verdiyi məlumatdsa bildirilir ki,"PEGİDA" anti-İslam hərəkatının İsveçrədə fəaliyətə keçməsi bu hərəkatla bağlı təşkilatın Surixdə təsis edilməsi ilə eyni vaxtda baş verib. İsveçrə müsəlmanları əleyhinə keçiriləcək yürüşlərin də bu təşkilatın vasitəsilə həyata keçirilməsi planlaşdırılıb.
Anti-İslam PEGİDA hərəkatının fəaliyyətləri "Walterwobmann" – UDC (Mərkəzi Demokratik Birlik) partiyasının milli müşaviri və bu partiyanın gənclər təşkilatını tərəfindən himayə olunur.
İsveçrə müsəlmanları ictimaiyyətinin nümayəndələri PEGİDA anti-İslam hərəkatının bu ölkədə fəaliyyətinə etiraz etməsi və gənclərin radikal hərəkatlarının qarşısının alınması üçün tədbirlər görülməsini tələb edirlər.