14 Yanvar, 2015
“İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” kataloqu çapa hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi “İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” kataloqunu çapa hazırlayır.

Ahlibeyt.az-in Azərtac-a istinadən verdiyi xəbərə görə, muzeyin etnoqrafiya şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru T.Şiriyevin müəllifi olduğu kataloqda muzeydə qorunan müxtəlif çeşidli quranqabı, namazlıq (canamaz), möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül və başqa dini təyinatlı materialların daxil olduğu 600-dək eksponat əsasında xalqımızın məişət həyatında İslam dininin yeri və rolu haqqında ətraflı məlumat verilir.

Müəyyən elmi mülahizələrin də yer aldığı kataloqda xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər, ayinlər, geyim elementləri, ibadət vasitələri və s. təqdim edilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2728.html