30 Dekabr, 2014
Bu il İsveçdə 11 məscidə hücum olub

Yerli əhali son vaxtlar müsəlman miqrantlara qarşı mənfi ovqata köklənib

 

Xəbər verildiyi kimi, dekabr ayının 29-da İsveçin Eslyov şəhərindəki məsciddə yanğın hadisəsi baş vermişdi. Polislər kimlərinsə ibadət evinə məqsədli şəkildə od vurduğunu, xəsarət alan olmadığını bildirmişdi. Bundan əvvəl də məscidə hücumlar olmuş, ibadət evinin qapılarına faşist svastikası çəkilmişdi.

Baş verən hadisələrin mahiyyəti və nədən qaynaqlandığı barədə hazırda İsveçdə yaşayan keçmiş həmkarımız Könül Həsənlidən məlumat almışıq.


Onun sözlərinə görə, bu cür hadisələr adi xuiliqanlıq olayları deyil, alt qatı var: "İsveçin işləyən və dövlət büdcəsinə vergi ödəyən vətəndaşları onların əmək haqqından tutulan maliyyə vəsaitinin dotasiya şəklində buradaki məscidlərə ayrilmasından narazıdırlar. Bu, yerli camaatin əksəriyyətini qıcıqlandırır, ictimai yerlərdə, özəl söhbətlərdə açıqlığı ilə deyirlər, nəyə görə bizim vergidən onlara maliyyə ayrılır".


Həmkarımızın bildirdiyinə görə, insanların bu ovqatından xəbərdar olan bəzi siyasi partiyalar isə bu həssas məqam üzərində oynayaraq, seçicilərdən əlavə səslər toplamağa çalışırlar: “Hazırda burada siyasi durum belədir: martda heç bir secki olmayacaq ve social-demokratlarin lideri moderatorlarla qarşılıqlı anlasmaya gəldiyini açıqladı. Yeni seçkiyə getmə səbəbi parlamentdəki çoxluğun social-demokratların büdcə proqramını dəstəkləməməsiydi və onlar bu proqrama da məhz İsveçə miqrasiya edənlərlə bağlı müddəalara görə qarşıydılar. Onlar mühacirlərə dövlət büdcəsindən çox pul ayrıldığını qəbul etmirdilər. Başqa sözlə, burada həm ictimaiyyət, həm də qanunvericilər səviyyəsində kütləvi miqrant axınına qarşı ovqat və o gündən-günə kəskin xarakter alır.


Könül Həsənli bildirir ki, bundan basqa, məscidlər İsveç qanunlarina zidd hərəkətlər edirlər: “Bunu bir neçə il əvvəl jurnalistlərin apardıqları arasdirmalar da sübut edir. Bu yaxınlarda aparılan daha bir arasdirma ortaya çıxardı ki, məscidlərdə qadın-kişi bərabərliyi yoxdur və məscidlər İsveç büdcəsindən maliyyələşən kişi klubundan basqa bir şey deyil. Yeni cəmiyyətə heç bir töhfəsi yoxdur.

Həmkarımızın sözlərinə görə, İsveçdə məscidin yandırılması, hücuma məruz qalması ilk hadisə deyil, təkcə bu il ərzində bu ölkədə 11 analoji hadisə olub: “Bu məsələdə, ola bilsin ki, özünü İŞİD adlandıran teokratik-terroçu qrupun ameriakl və avropalı jurnalistlərin, insanların başını nümayişkaranə şəkildə kəsmələri də rol oynayır və bu yerli ekstremist ovqatlı qüvvələri qisas aksiyalarına sövq edir”.

Mənbə - musavat.com

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2708.html