Ahlibeyt.az-ın euronews-a istinadən verdiyi xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərindən 100 km aralıda yerləşən Eskilstun şəhərində məscid yandırılıb.
Yanğın zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Onlardan birinin vəziyyəti ağır olaraq qalır.
Hadisə şahidlərininverdiyi ifadələrdə bildirilir ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən məscid otağına atılan yandırıcı maddə ilə dolu şüşə qab vastəsilə yanğın törədilib.Yanğın zamanı otaqda azyaşılı uşaqlar da daxil olmaqlaada 20 nəfərə yaxın müsəlmanın olduğu bildirilir.
Xoşbəxtlikdən ölən olmayıb.
Qeyd edək ki,hücuma məruz qalan məscid İsveçdə sığınacaq tapan Somali müsəlmanları icması tərəfindən təşkil olunub.