20 Dekabr, 2014
MTN-dən ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması ilə bağlı açıqlama

Milli Təhlükəsizlik Nazirliyi ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə, MTN-nin İctimai Əlaqələr İdarəsindən AzVision.az-a verilən məlumatda bildirilir ki,bu barədə onlarda heç bir məlumat yoxdur: 

“İlahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsində heç bir məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda ilahiyyatçı Elşən Mustafaoğlunun bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılması barəsində məlumatlar yayılıb. 

Məlumatlarda qeyd olunub ki, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2692.html