20 Dekabr, 2014
Gürcüstanda peyğəmbərin (s) vəfatı ilə bağlı anım mərasimi keçirilib(foto)

Gürcüstanın "Əhli-Beyt (ə) Cəmiyyəti" Marneulidə, "Əhli-Beyt (ə)" Hüseyniyyəsində Peyğəmbər (s) vəfatı və İmam Həsən (ə) şəhadəti münasibətilə anım mərasimi keçirilib.


Ahlibeyt.az-ın salamnews-a istinad'n verdiyi məlumata görə, tədbir ilahiyyatçı alim Elçin Daşdanov tərəfindən açıq elan olunduqdan sonra Quran tilavət olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların ən üstünü olan Həzrəti Məhəmmədin (s) vəfatı günüdür. Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasından seçərək, özünə Rəsul etmişdir, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərib.

Daha sonra Əhli-Beyt (ə) məddahı Seyid Taleh Boradigahiyə mərsiyələr oxuyub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2690.html