
Səudiyyə Ərəbistanının tanınmış alimi Şeyx Əbdüləziz əş-Şeyx öz yeni fətvasında elçilik zamanı qızların linzadan istifadə etmələrini haram buyurub. O deyib ki, linzadan istifadə edərkən gözün həqiqi rəngi bilinmədiyi üçün elçiliyə gələnlər aldanırlar ki, digərlərini aldatmaq isə haramdır. Əbdüləziz əş-Şeyx həmçinin qızları linzadan istifadə etməklə digərlərini aldatmamağa dəvət edərək deyib ki, əgər kişi kəbin kəsildikdən sonra anlasa ki, qadın onu aldadıb həmin kəbini ləğv edə bilər.