17 Dekabr, 2014
QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Komitə arasında Memorandum imzalanıb(foto)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Ahlibeyt.az-ın məlumatına görə,sənəd iki qurumun "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" movzusunda birgə həyata keçirdiyi konfrans çərçivəsində imzalanıb.

Memorandumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şuranın sədri Azay Quliyev imzalayıblar.Memorandumun məqsədi vətəndaş cəmiyyətinin dini icmalarla əməkdaşlığa yaxından cəlb etməkdir. Razılaşmadan irəli gələrək İşçi Qrupunun yaradılacağı da bildirilib.

İmzalanmadan öncə M.Qurbanlı deyib ki, dini icmalar QHT-lərlə birgə Azərbaycanda birgə layihələr hazırlayıb həyata keçirməlidirlər.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2679.html