
Rusiyanın paytaxtı Moskvada “Din missiyası və onun ardıcıllarının müasirliyin çağırışları önündə məsuliyyəti” adlı X beynəlxalq müsəlman forumu işə başlayıb.
ahlibeyt.az-ın məlumatına görə bu barədə Salamnews agentliyi “ Islam-today”ə istinadla xəbər yayılamışdır.
Ekspertlərin fikrincə, sözügedən konfrans aparıcı islam ilahiyyatçıları, müxtəlif konfessiyaların din xadimləri, dövlət hakimiyyət orqanlarının nümayəndələri və vətəndaş cəmiyyətinin fikir mübadiləsi üçün meydandır.
Konfransda 20 ölkədən, o cümlədən MDB ölkələrindən, eləcə də Çin, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya, İran və müxtəlif Avropa ölkələrindən 500-dən çox qonaq iştirak edir.