2 Oktyabr, 2011
Səudiyyə alimlərinin kralla ixtilafı

Bir neçə gün öncə Səudiyyə Ərəbistanı kralı Abdullah bildirmişdi ki, ölkənin tanınmış və ağsaqqal alimləri ilə məşvərətdən sonra belə qərara gəliblər ki, qadınlara seçkilərdə iştirak etmək və seçilmək hüququ tanınsın.

Səudiyyə kralı Abdullahın açıqlamalarının əksinə olaraq Səudiyyənin ağsaqqal alimlərindən olan Şeyx Salih əl-Haydan deyib ki, kralın qadınlara seçkilərdə iştirak etmək və seçilməklə bağlı nəzəri biz alimlərlə məşvərət edilməyib. Və ümidvaram ki, onun sözləri təhrif olunub və o alimlərlə məşvərət edildiyini bildirməyib.

Səudiyyə aliminin bu sözləri ona işarə edir ki, Səudiyyə alimləri kralın qadınlara bu hüququn tanınması ilə razı deyillər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-266.html