9 Dekabr, 2014
Dubayda otlardan hazırlanmış Quran aşkar edilib

Dubayda otlardan hazırlanmış ilk Quran nüsxəsi aşkar edilib.

 

Ahlibeyt.az-ın Salamnews-a  istinadla verdiyi xəbərə görə, bu unikal Quran nüsxəsi türkiyəli həkim tərəfindən təxminən 30 il əvvəl hazırlanıb.

"Həyatını bu unikal otlardan hazırlanan müqəddəs Qurana həsr edən Hakim Hamdi Taherin bu işini əldə etmək böyük şərəfdir.”, - incəsənət üzrə islam məsləhətçisi Əbdül Əziz bin Hassan Mulavi Malabari bildirib.

Quranın bu nüsxəsi Türkiyəli Hamdi Taher tərəfindən uzun 22 il ərzində (1957-1979-cu illərdə) “yüksək konsentasiyalı” Yunani tibb sisteminə müvafiq olaraq ot qarışıqlarından hazırlanıb. Təxminən 200 komponentdən hazırlanan unikal Quran nüsxəsinin səhifələri vərəqləndikcə oxucuya xeyir verə biləcək terapevtik xüsusiyyətlərə malikdir, belə ki, ot qarışıqları barmaqlardakı məsamələrə sızır ki, bu da sağlamlıq üçün xeyirdir.

7.5 kiloqram çəkiyə malik Quranın bu nüsxəsi Yunani tibbində istifadə edilən toxum, meyvə, yarpaq, gövdə, qabıq və bitki köklərindən əldə edilən komponentlər qarışığını özündə ehtiva edir. Yunani ərəb dilindən “ioniya” kimi tərcümə edilir, mənası isə “yunan” deməkdir. Bu tibb sistemi artıq 6000 ildir, tətbiq edilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2659.html