2 Oktyabr, 2011
Ayətullah Ruhani Bəhreyndə qadınların həbs olunmasını pisləyib

Ayətullahul-Üzma Seyyid Sadiq Ruhani Bəhreyndə cərəyan edən hadisələrlə bağlı dördüncü bəyanat verib

Bəyanatını "Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır" ayəsi ilə başlayan mərcei-təqlid Ali Xəlifə rejiminin millətinə qarşı tutduğu rəftarı şiddətlə qınayıb. Ruhanilərin, adi camaatın və hətta qadınların döyülüb həbs olunmasını insani dəyərlərlə bir araya sığmadığını deyən alim Ali Xəlifənin hətta ən geridə qalmış sistemlərin belə bu dəyərlərə hörmət ertdiyini diqqətə çatdırıb.

Ayətullah Sadiq Ruhani bəyanatında həmçinin Ali Xəlifəyə İmam Hüseynin(ə) Aşura günü düşmənlərinə dediyi bu sözləri xatırladıb: "Müsəlman deyilsinizsə, Qiyamət günündən qorxmursunuzsa, heç olmasa azad insan olun və əgər özünüzü ərəb adlandırırsınızsa, ərəbin adət-ənənələrinə sadiq qalın".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-265.html