5 Dekabr, 2014
Səudiyyə İslam Alimləri Şurası terrorçuların vəsaitləri ilə bağlı fətva verdi

Səudiyyə Ərəbistanı İslam Alimləri Baş Şurasının  fətvasına əsasən terrorçuluqda şübhəli bilinən  şəxslərdən müsadirə olunan vəsaitlərin xeyriyyəçilik işlərinə xarclənməsinə icazə veriləcək.

Ahlibeyt.az-ın verdiyi məlumata görə,bu barədə Al Arabiyya agentliyinə istinadən İslamnews.ru xəbər vermişdir.

Fətvada qeyd olunur ki,torrorçuluqda və ya dövlətin milli təhlükəsizliyinə təhlükə yaradan şəxslərin topladıqlar zəkat və  kəffarə(fitrə, sədəqə)vəsaitləri müsadirə olunduğu halda bu vəsaitlər onlara ehtiyacı olan imkansız şəxslərə verilməlidir.

Müsadirə olunan vəsaitlərin mənbəyi,onların nə məqsədlə toplanması kimlər tərəfindən verilməsi şübhə altında olduğu halda belə onların aztəminatlılar arasında bölünməsi qərara alınıb.

İslam Alimləri Şurasının Baş katibi Fəhd əl-Məcid açıqlama verərək bildirib ki,bu fətva olə bağlı müraciət birbaşa Ərəbistan Kralı Abdulla tərəfindən ölkənin Daxili İşlər Naziri vastsəsilə çatdırılmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2649.html