
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni loqosu təsdiqlənib.
Ahlibeyt.az-ın məlumatına görə,idarənin məqsəd və məramını ifa edən loqotipi İdarənin şeyx və müftiləri şura üzvlərinin rəy və təkliflərini nəzərə alaraq bu günkü görüşüdə təsdiqləyiblər.
Yaşıl rəngli yeni loqotipdə ölkənin xəritəsi ilə birgə bilik, sülh, dostluq və birlik əks olunur. Eyni zamanda loqoda İdarənin adı gürcü, ərəb və ingilis dilində qeyd olunub.