
Dünyanın ən uzun süfrəsi "Ərbəin" günü (imam Hüseynin (ə) şəhid edilməsinin 40-cı günü) ərəfəsində Kərbəlaya gedən zəvvarlar üçün ölkənin Ziqar əyalətinin Suq-Şeyx bölgəsindən şəhərə gedən yolda açılıb.
Ahlibeyt.az-ın məlumatına görə,bunu Salamnews agentliyi ABNA-ya istinadən xəbər vermişdir, 15 kilometr uzunluğunda ehsan süfrəsini açan xeyriyyəçilər Kərbəlaya gedən imkansız zəvvarların bu süfrədən istifadə edəcəklərini bildiriblər.
Bildirək ki, “Ərbəin” günü cari ayın 13-nə təsadüf edir. Bu gündə milyonlarla zəvvar imam Hüseynin (ə) məqbərəsini ziyarət etmək üçün İraqın Kərbəla şəhərinə yollanır.