
Nüvə danışıqlarının müddətinin artırılması ağıllı və məntiqli qərardır.
Ahlibeyt.az-ın verdiyi məlumata görə, İnteraz ISNA agentliyinə istinadla xəbər yayımlamışdır ki, bunu İran Parlamentinin sədri Əli Laricani ötən gün paytaxt Tehranda ölkənin bir sıra din xadimləri ilə görüşərkən bildirib.
O, ölkənin ali dini lideri ayətullah Seyyid Əli Xameneinin nüvə silahının haram olması barədə verdiyi fətvanın rəsmi Tehranın nüvə məsələsində əsas mövqeyi olduğunu qeyd edib.
Ə.Laricani ali liderin bu fətvasının onlar üçün qanundan da üstün olduğunu vurğulayıb və belə bir zamanda nüvə danışıqlarının müddətinin artırılmasını ağıllı və məntiqli addım hesab edib.
Qeyd edək ki, Ayətullah Xamneyinin nüvə silahı istehsalının haram olması barədə verdiyi fətva bir çox rəsmi Qərb dairələrində də müsbət qarşılanıb.