25 Noyabr, 2014
Türkiyə hökumətindən Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi istənilib

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Tunceli vilayətinə səfəri zamanı ölkədə yaşayan ələvilər hökumətdən Şah İsmayıl Xətainin adınını əbədiləşdirilməsini istəyiblər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Trend Türkiyənin "Kanal7" telekanalına istinadən məlumat verib.

Məlumata əsasən, ölkədə yaşayan ələvilər İstanbulda tikiləcək körpüyə Sultan Səlim Yavuzun adının verilməsindən narahat olduqlarını və buna görə də Boğaziçi körpüsünün adının dəyişdirilərək Şah İsmayıl Xətai körpüsü qoyulması tələbi ilə çıxış ediblər.

Məlumatda o da qeyd olunur ki, bununla yanaşı, ölkə ələviləri hökumətdə ələvi nazir, müşavirlərin təyin olunması istəyi ilə də çıxış ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2626.html