
Mədinədəki Peyğəmbər (s) məscidinin genişləndirilməsi yaxınlıqdakı digər qədim məscidlərə təsir göstərməyəcək.
Ahlibeyt.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin yüksək vəzifəli məmuru bildirib.
Onun sözlərinə əsasən, "Əbu Bəkr", "Ömər ibn əl-Xəttab", "Əli ibn Əbu Talib", "əl-Ecab" və "Əbu Car" ("əl-Sacdu") müsəlman məbədləri toxunulmaz qalacaq, çünki onlar yenidənqurma ərazisindən kənarda yerləşir: ""Əl-Ecaba" və "əl-Sacdu" məscidlərinin yenidənqurması genişlənmə layihəsi başa çatdıqdan sonra başlayacaq. Mədinədə İslam işləri üzrə nazir Məhəmməd əl-Amin əl-Hatri bildirib ki, 131 məscid, o cümlədən tarixi müsəlman məbədləri olan "Əbu Bəkr", "Ömər ibn əl-Xəttab", "Əli ibn Əbu Talib" və "Fatimə əl-Zəhra" bərpa ediləcək.
Məlumatda bildirilir ki,genişlənmə nəticəsində peyğımbər məscidi(Məscid-i Nəbəvi)və ətraf çevrələrdə eyni zamanda bir neçə milyon insanın ibadət etməsinə şərait yaradılacaq.Həmçinin Mədinəyə gələn zəvvarların yerləşdirilməsi üçün onlarla yeni otelin tikintiisi nəzərdə tutulub.
Qeyd edək ki,bir müddət əvvəl Məscid-i Nəbəvinin genişləndirilməsi zamanı peyğəmbərin mübarək qəbrinin köçürülməsi barədə xəbərlər yayılmışdır.lakin Səudiyyə hökumətinin rəsmiləri bu xəbərin həqiqətlə heç bir əlaqəsinin olmadığını bildirmişlər.