20 Noyabr, 2014
Səudiyyə Ərəbistanı edama məhkum edilmiş vətəndaşlarını Suriyaya döyüşə göndərir

Suriya rəsmisi Səudiyyə Ərəbistanı hökumətinin ölkədə edama məhkum edilmiş şəxsləri Suriyaya döyüşə göndərdiyi barədə bəzi sübutlar göstərib.

Ahlibeyt.az-ın İnteraz-a istinadən verdiyi xəbərə görə,"Al -Alam" agentliyinin yaydığı məlumatda istinadla verdiyi məlumata görə, bunu Suriyanın BMT-dəki səfiri Bəşşar əl-Cəfəri təşkilatın taplantısı zamanı çıxışında qeyd edib.

O, BMT-nin insan haqları ilə bağlı keçirilən toplantısında çıxışı zamanı burada Suriya ilə bağlı çıxarılan qətnaməyə, rəsmi Dəməşqin “İslam Dövləti” terror təşkilatı ilə bir tutulmasına qəti etirazını bildirib: "BMT Səudiyyə Ərəbistanı və Qətərdə insan haqları ilə bağlı yol verilən ciddi pozuntuları nəzərə almır və onların Suriya ilə bağlı siyasi sifarişlərini dinləyir."

Suriya rəsmisi həmçinin Səudiyyə Ərəbistanı hökumətinin ölkədə edama məhkum edilmiş şəxsləri Suriyaya döyüşə göndərdiyi barədə bəzi sübutlar göstərib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2613.html