
Hazırda Rusiyada yeddi mindən çox məscid var. Son 20 ildə onların sayı 70 dəfədən çox artıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə -bu barədə İnteraz agentliyi Rianovosti-yə istinadla məlumat vermişdir.
Məlumatda bildirilir ki, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin Arxangelskə səfəri zamanı Şimali Arktika federal universitetinin tələbələri önündə çıxışı zamanı məlumat verib: “Məscidlərin sayının artması Rusiyada islam intibahının göstəricisidir. Əgər 1980-ci illərin ortalarında Rusiya ərazisində 100-dən az məscid fəaliyyət göstərirdisə, indi onların sayı yeddi mini ötür."
Onun sözlərinə əsasən, Moskvadakı müsəlmanların sayı təxminən iki milyon təşkil edir - Moskva vilayətində 650 min, Sankt-Peterburq və Leninqrad vilayətlərində 750 min nəfər. Bütün Rusiyada isə islam dininə etiqad edənlərin sayı təxminən 20 milyon təşkil edir.