17 Noyabr, 2014
Bakıda dini tolerantlığa həsr olunmuş beynəlxalq konfrans başlayıb

Bu gün Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Ahlibeyt.az xəbər verir ki, beynəlxalq konfrasn ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilir.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev açıb. O, prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətini oxuyub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2606.html