13 Noyabr, 2014
Vaşinqtonun kafedral kilsəsində cümə namazı qılınacaq

ABŞ tarixində ilk dəfə olaraq cümə namazı Vaşinqtonun kafedral kilsəsində qılınacaq.

Ahlibeyt.az-ın Trend-ən istinadən verdiyi xəbərə görə, bu barədə RiaNovosti agentliyi məlumat yayımlamışdır.Məlumata görə, amerikalı müsəlmanlar tərəfindən bu məkanın seçilməsi təsadüfi deyil.

Cənubi Afrikanın ABŞ-dakı səfiri İbrahim Rəsul qeyd edib ki, daxili ornamentləri qədim məscidlərin arxitekturasını xatırlatdığına görə məhz bu kilsəni seçiblər.

Kilsənin məcsidi daha da xatırlatması üçün oradakı stullar müvəqqəti götürüləcək, döşəməyə isə xalçalar səriləcək. Qadın və kişilər üçün ayrıca zallar olacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2593.html