1 Oktyabr, 2011
əl-Əzhərdən Qəzzafiyə: Diktatorlar şəhid hesab edilməzlər

əl-Əzhər Universitetinin Fətva Komitəsinin sədri Şeyx Səid Amir Qəzzafinin Liviyada sonadək döyüşüb şəhid olacağı sözlərinə münasibət bildirərək deyib ki, istənilən ölkənin rəhbəri gərək özünü qanundan ali bilməsin və gərək ölkəsinin əhalisi üçün nümunə olsun.

Əksər ölkə rəhbərlərinin bu gün fasidlik etdiklərini bildirən Şeyx Səid Amir deyib ki, bu da xalqların etiraz səslərinin ucalmasına səbəb olub. Yaxşı olardı ki, bu şəxslər reallıqları qəbul etsinlər və xalqlarının özlərinin rəhbər seçmələrinə şərait yaratsınlar.

Müəmmər Qəzzafinin və Əli Abdullah Salehin heç kimin sözlərinə qulaq asmadığını deyən komitə sədri bildirib ki, insan və cinlərdən olan şeytanlar onların etdiklərini onların nəzərində yaxşı əməl kimi göstərirlər. Bütün bunlardan sonra axı onlar necə deyirlər ki, biz hakimlikdən əl çəkməyəcəyik və şəhid olacağıq? Məgər şəhadət Allah yolunda canından keçmək deyil? Onlar isə öz diktaturasını saxlamaq üçün canlarından keçməyə hazırdırlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-259.html