
Ahlibeyt.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, Səudiyyənin baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah Əl-Şeyx İhsa şəhərinin əd-Dalve qəsəbəsində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini anma mərasimində əzadarlara qarşı edilən terroru şiddətlə qınayıb.
Ərəbistanın Baş Müftisi terrorçuları mərhəmətdən məhrum zalımlar adlandıraraq müfti qeyd edib ki;"Öncə qəddarcasına edilən bu terroru qınayıram. İslam ümmətinə kin bəsləyən düşmənlər bu növ cinayətlərlə müsəlmanların qanlarının tökülməsinə vasitə olurlar. Bu növ cinayətləri işlədənlərin İslamla heç bir əlaqəsi ola bilməz. Onlar müsəlmanlar arasında fitnə çıxarmaq istəyən kəslərdir və özəlliklə Ərəbistan xalqını hədəfə alıblar. Bu cinayətləri törədənlər mühakimə edilməli və etdiklərinin cəzasını çəkməlidirlər. İslam dinində belə şey yoxdur. Uca Allah ölkəmizi bu cür fitnələrdən qorusun."
Ərəbistanın baş müftisinin bu sözlərindən sonra Səudiyyə Ərəbistanının Qətif bölgəsinin şiə alimləri məlumat yayaraq müftiyə məsuliyyət daşıyan açıqlamalara görə təşəkkür ediblər.