“Boko Haram” radikal terror qruplaşmasının lideri Əbubəkr Şekau qruplaşma silahlılarının Nigeriya hökuməti ilə sülh bağladığı barədə yayılan xəbərləri təkzib edib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə Salamnews “İnterfaks”a istinadla xəbər verir.
O, bu barədə yeni videomüraciətində bildirib: “Bu müharibədə geriyə yol yoxdur.”Ə.Şekau, həmçinin qruplaşma silahlılarının əsirliyində olan 219 məktəbli qızın artıq ərə verildiyini söyləyib: “Qızlarla bağlı tarix çoxdan unudulub, belə ki, onları uzun müddətdir, ərə vermişəm.”
Xatırladaq ki, bundan əvvəl Nigeriyanın müdafiə qərargahı rəisi Aleks Badeh “Boko Haram” silahlılarının ölkə hökuməti ilə sülh barədə anlaşma bağlamağa razı olduqları barədə məlumat verib.