30 Sentyabr, 2011
Seyyid Əli Xomeyni: Fələstin dövlətinin qurulması yalnız İsrailin məhv olması ilə mümkündür

Gürganda "Müqəddəs müdafiə həftəsi" tədbirləri münasibətilə şücaətə sövq edən alimlərin iştirak etdiyi konfransda çıxış edən İran İslam İnqilabının banisi olan İmam Xomeyninin(r) nəvəsi Hüccətül-İslam Seyyid Əli Xomeyni bildirib ki, İmam Xomeyninin(r) sözləri və yolu həmişə daimi və davamlıdır. Və əgər İmam(r) buyurubsa ki, İsrail aradan getməlidir deməli, indi də belədir.

Fələstin dövlətinin qurulmasına toxunan Seyyid Əli Xomeyni deyib ki, Fələstin dövlətinin qurulması yalnız İsrailin məhv olması ilə mümkün ola bilər. Qəsbkar rejimin varlığı ilə heç bir istiqlaliyyət əldə edilməyəcəkdir.

Seyyid Əli Xomeyni bölgədə baş verən inqilablara da toxunub. Bölgədə baş verən inqilabları İran İslam İnqilabının ardı kimi dəyərləndirən Seyyid Əli Xomeyni inqilablar zamanı səslənən şüarların buna bariz sübut olduğunu bildirərək deyib ki, bu ona dəlalət edir ki, İran İslam İnqilabı bu gün də cəzbedicidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-256.html