27 Oktyabr, 2014
Kərbəlada məhərrəm ayı ilə əlaqədar İmam Hüseyn Ziyarətgahının bayrağı dəyişdirilib (VİDEO)

Hicri-qəməri tarixi ilə 1436-cı ilin ilk - məhərrəm ayının girməsi və əzadarlıq mərasimlərinin başlaması ilə əlaqədar İraqın Kərbəla şəhərindəki İmam Hüseyn Ziyarətgahının bayrağı dəyişdirilib.

 

Ahlibeyt.az-ın verdiyi m'lumata görə, bu barədə salamnews agentliyi İraq mətbuatına istinadla  xəbər vermişdir.Məlumata görə ziyarətgahın üzərindəki qırmızı bayraq ötən gün qara bayraqla əvəz edilib.

Bildirək ki, əzadarlıq əlaməti olan bu bayraq məhərrəm və səfər ayları boyu Ziyarətgah üzərində dalğalanacaq.

Bu münasibətlə İraqla yanaşı, qara bayraqlar dünyanın bir çox müsəlman və qeyri-müsəlman ölkələrində dalğalanacaq.

Qeyd edək ki, Azərbaycanın əksər məscidlərinin günbəzlərinə də qara bayraqlar sancılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2551.html