
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə mediada özəl yazıları ilə tanınan jurnalist Yaqut Əliyeva təyin edilib. Yaqut Əliyeva komitədə indiyədək məsləhətçi vəzifəsini tutub.
Xatırladaq ki, bundan öncə qurumun mətbuat xidməti vəzifəsini jurnalist Orxan Əli icra edib.