
Ahlibyet.az-ın məlumata görə bu barədə Salamnews agentliyi “khabarfars.com”a istinadən verdiyi xəbərdə bildirilir ki, bunu islam dünyasının tanınmış alimlərindən olan Ayətullah Əllamə Əli Kurani bildirib.
Məşhur tədqiqatçı islam dünyasındakı cari prosesləri təhlil edərək, bu proseslərin yaxın gələcəkdəki nəticələri ilə bağlı maraqlı fikirlər səsləndirib.
Onun sözlərinə əsasən, islam dünyasında hazırda baş verənlər vəhhabiliyin radikal və küt düşüncə tərzi nəticəsində yaranıb və bu düşüncə sözügedən cərəyanın yaxın gələcəkdə məhvinə səbəb olacaq.
Əli Kurani, həmçinin Səudiyyə Ərəbistanında tanınmış islam alimi Ayətullah Şeyx Baqir Nəmir ən-Nəmirlə bağlı verilən edam hökmünü siyasi intihar kimi qiymətləndirib.