
İslam dünyasının tanınmış din alimi,böyük əxlaq ustadı Ayətullah Mədəvi Kani dünyasını dəyişib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə İran Ali Dini liderinin kimliyini müəyyənləşdirən və onun işlərinə nəzarət edən Xubriqan Məclisinin sədri Ayətullah Məhəmməd-Rza Məhdəvi Kəni dörd ay komada qaldıqdan sonra bu gecə vəfat edib.
İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, ölkənin ali dini liderini üzvləri müctəhid və din alimlərindən ibarət olan Xubriqan Məclisi təyin edir. Məclisə seçkilər səkkiz ildən bir keçirilir.
Qeyd edək ki, ötən gecə vəfat edən Ayətullah Məhəmməd-Rza Məhdəvi-Kəni sözügedən quruma beş ilə yaxın rəhbərlik edirdi.
Xatırladaq ki, Məhdəvi Kəni 8 April 1931-ci ildə Tehrana bağlı Kən məntəqəsində dünyaya gəlib. Ayətullah 83 yaşında vəfat edib.