20 Oktyabr, 2014
Kərbəlada silsiləvi terror aktları törədildi(FOTO)

İraqın müqəddəs Kərbəla şəhərinin mərkəzi küçələrində içərisində mina yerləşdirilmiş üç avtomaşın partladılıb.Törədilən terror aktı nəticəsində 14 nəfər dünyasını dəyişib 40 nəfər yaralanıb.

 

Ahlibeyt.az-ın verdiyi məlumata görə, İnteraz agentliyi “əl-Məyadin”ə istinadla verdiyi xəbərdə  partlayışlardan biri izdihamlı Meysəm Təmmar küçəsində törədilib.

İlkin məlumatda partlayışlarda 14 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir.

Bəzi mənbələr şəhərdə üç deyil, dörd partlayışın həyata keçirildiyini yazıb.

Bildirək ki, Kərbəla İraqın təhlükəsizlik baxımından sabit şəhərlərindəndir. Ona görə də burada belə terror aktlarının baş verməsi ölkədə terror təhlükəsinin maksimum həddə çatdığını göstərir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2530.html