20 Oktyabr, 2014
Məhərrəm ayının gəlişi ilə bağlı müctəhidlərdən Əhli-Beyt məddahlarına tövsiyyə

İslam dünyasının tanınmış müctəhidləri Ayətullah Cavad Amili və Ayətullah Məkarim Şirazi qarşıdan gələn məhərrəm ayı ilə bağlı Əhli- Beyt məddahlarına müraciət ediblər.

Ahlibeyt.az-ın Salamnews agentliyinə istinadla verdiyi xəbərə görə, müctəhidlər məhərrəm ayında mərsiyəxanlıq və rövzəxanlıq edən məddahları sənədsiz-sübutsuz mövzulardan uzaq durmağa çağırıblar.

Ayətullah Cavad Amili məhərrəm ayında, xüsusilə Aşura günündə imamlarla bağlı oxunan mərsiyə və ilahilərdə sənədsiz tarixi hadisələrin səsləndirilməməsini istəyib.

Onun sözlərinə əsasən, bu xurafatlar imamların məqamını ucaltmır, əksinə, onların şəninə xələl gətirir.

Ayətullah Məkarim Şirazi isə məhərrəm ayında keçirilən əzadarlıq mərasimlərində digər məzhəblərdə müqəddəs olan atributların təhqir olunmamasını tələb edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2529.html