16 Oktyabr, 2014
Beynəlxalq təşkilatlardan Ayətullah Nimrin edam hökmünə etirazlar

Beynəlxalq təşkilatlar Ərəbistan məhkəməsinin Ayətullah Nəmirlə bağlı edam hökmünü pisləyiblər

 

Bir sıra region dövlətləri, hüquqi və ictimai-siyasi təşkilatlar islam alimi Ayətullah Şeyx Baqir Nəmir ən-Nəmirin edam hökmünü pisləyiblər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Əfv Təşkilatı sözügedən hökmün dərhal ləğv olunmasını tələb edib.

BMT baş katibi ofisinin təmsilçisi Fərhan Haqq Beynəlxalq təşkilatın Səudiyyə Ərəbistanı məhkəməsinin verdiyi bu edam hökmünə qarşı olduğunu bildirib.

Məsələyə rəsmi Tehran da dərhal reaksiya verib. İranın xarici işlər nazirinin müavini Əmir Abdullahiyan edam hökmünün Səudiyyə Ərəbistanı və regionda böyük etiraz dalğasına səbəb olacağını söyləyib.

Bildirək ki, ötən gün Ayətullah Nəmir haqqında edam hökmünün çıxarılmasından sonra Səudiyyə Ərəbistanının Qətif şəhərində minlərlə insan küçələrə çıxaraq bu qərara etiraz edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2520.html