16 Oktyabr, 2014
Azərbaycanda ilk dəfə olaraq daş kitabələr və qəbirüstü yazılar oxunub

Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsi Bərdə İmamzadəsindən başlayıb.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Bilik Fondunun İnformasiya Təminatı sektorundan Salamnews-a verilən məlumatda bildirilir ki, kompleksin tarixi araşdırılıb, ilk dəfə olaraq daş kitabələr və qəbirüstü yazılar oxunub və tərcümə olunub. Əldə olunan materiallar əsasında sənədli filmin çəkilməsi, kitab hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, prezidenti yanında Bilik Fondunun və Bərdə Rayon İcra İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdədə “Dini abidələrdə tarixin izləri-Bərdə imamzadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2519.html