23 Sentyabr, 2014
Türkiyə orta məktəblərinə tətbiq olunan hicab qadağası ləğv edilib

“Türkiyə Təhsil Nazirliyinin orta məktəb geyimləri haqqında qanununda dəyişikliklər edilib. Bu dəyişikliyi xüsusilə bəzi qız şagirdlər həsrətlə gözləyirdi.


Ahlibeyt.az-ın Türk mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasından sonra baş nazir müavini Bülent Arınç ölkənin təhsil nazirliyinə təlimat göndədərək hicab qadağısına dəyişiklik olunduğunu barədə məlumat verib.

Dəyişikliyə əsasən, sözügedən qanundakı 4-cü maddənin 1-ci bəndinin "e" yarımbəndində əks edilən “başıaçıq" ifadəsi və eyni yarımbəndin son cümləsi qüvvədən salınıb. Bununla da ölkə ərazisindəki orta məktəblərdə təhsil alan hicablı şagirdlər təhsillərini bu geyimdə(hicablı şəkildə) davam etdirə biləcəklər." - B.Arınç bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2504.html