17 Sentyabr, 2014
İcra rəsmilərinin yas mərasimlərinə müdaxiləsi tövsiyə xarakterlidir - Mübariz Qurbanlı

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, ölkədə bəzi qüvvələr bu sabitliyi pozmağa cəhd etsələrdə onların qarşısı alınıb və alınacaq.

Komitə sədri həmçinin icra hakimiyyəti rəsmilərinin yas mərasimlərinə müdaxiləsi hallarına da aydınlıq gətirib. O, bildirib ki, bu müdaxilə yox, tövsiyə xarakterli müraciətdir.

Xatirladaq ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qubada vətəndaşlarla görüş keçirib. Görüşə Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılıb. Komitə sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilib, digər qismi isə nəzarətə götürülüb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2485.html