28 Sentyabr, 2011
ABŞ dünyada demokratiya üçün nümunəvi model deyil

əl-Əzhər Universitetinin rektoru Şeyx Əhmədət-Teyyib ABŞ-ın Misirdəki səfirini qəbul edib.

Əhməd ət-Teyyib ABŞ-da müsəlmanlara və İslama qarşı yaranmış münasibətdən narazıçılığını bildirərək deyib ki, bu hərəkətlər demokratiya ilə bir araya sığımır.

ABŞ-ın sionist rejimini dəstəkləməsini ABŞ-ın ədalətini sual altına qoyduğunu bidlirən əl-Əzhər şeyxi ümumiyyətlə ABŞ-ın demokratiyanın beşiyi olmadığını bildirib. O deyib ki, ABŞ demokratiya arzusunda olan dövlətlər üçün nümunəvi bir model deyil.

Bölgədə baş verən inqilabların xalqların içindən doğduğunu bildirən Əhməd ət-Teyyib dyib ki, ABŞ-ın və Qərbin bölgədə köklü dəyişikliklərin olmması üçün olan yatırımları səmərə verməyəcəkdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-248.html