
Səudiyyə Ərəbistanı məhkəməsi tanınmış şiə alimi Şeyx Nimr Baqirə 17 il həbs cəzası verib.
Ahlibeyt.az-ın shafaqna-ya istinadən verdiyi məlumata görə, onun barəsində ölüm hökmü çıxarmış rejim məhkəməsi beynəlxalq təpkilərdən sonra geriyə addım atmaq məcburiyyətində qalıb. Şiə alimi bundan əlavə 100 min rial məbləğində cərimə olunub.
Şeyx Nimirin vəkilinin sözlərinə görə, çıxarılan ədalətsiz qərarla bağlı apelyasiya şikayəti veriləcək.