12 Sentyabr, 2014
Müqəddəs Kərbəla və Nəcəf şəhərlərində terror aktları törədilib

Müqəddəs Kərbəla və Nəcəf şəhərlərində terror aktları törədilib, ölən və yaralananlar var

 

İraqın müqəddəs Kərbəla və Nəcəf şəhərlərində içərisində mina yerləşdirilmiş avtomaşınların partladılması ilə terror aktları törədilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə bu barədə “SumariaNews”agentliyi məlumat yaymışdır.Məlumata görə, Kərbəlada partlayış şəhərin mərkəzi hissəsindəki Meysəm-Təmmar küçəsində törədilib. Burada bir nəfər həlak olub, altı nəfər yaralanıb.

Nəcəf şəhərində törədilən terror aktında isə 12 nəfər yaralanıb.

Sözügedən iki şəhər İraqın cənubunda yerləşir. Samirra şəhərindən fərqli olaraq, Kərbəla və Nəcəfdə terror aktları burada möhkəmləndirilmiş təhlükəsizlik tədbirləri səbəbilə daha az hallarda baş verir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2464.html