12 Sentyabr, 2014
Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xameneyiyə məktub göndərib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə məktub göndərib.

Ahlibeyt.az-ın Azertag-a istinadən verdiyi məlumata görə  məktubda deyilir:

Möhtərəm Ayətullah Xameneyi həzrətləri,


Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm.
Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2014-cü il.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2461.html