11 Sentyabr, 2014
Müqəddəs Məşhəd şəhərində Azərbaycanın konsulluğu açılacaq

İranın Xorasan-Rəzəvi əyalətinin ostandarı Əlirza Rəşidiyanın Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə bu ölkənin müqəddəs Məşhəd şəhərində Azərbaycan konsulluğunun açılması məsələsi müzakirəyə çıxarılıb.


Ahlibeyt.az-ın verdiyi məlumata görə bu barədə Salamnews agentliyi  İranın Xorasan-Rəzəvi Ostandarlığının rəsmi saytına istinadla xəbər verib.


Məlumata əsasən, görüşdə, həmçinin Bakı-Məşhəd aviareysinin açılması, turizm sahəsində əməkdaşlıq, Məşhəddə otellərin tikilməsi və müvafiq sahə üzrə yatırımlar kimi məsələlər barədə danışıqlar aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2460.html