28 Sentyabr, 2011
Ali Səud şiəliyi rəsmən tanımalıdır

Səudiyyə Ərəbistanının tanınmış şiə alimi, Qətif şəhərinin İmam cüməsi Hüccətül-İslam Şeyx Həsən Səffar Ali Səudu rəsmən tanımağa çağırıb.

Qətif şəhərindəki məscidlərin birində danışan Şeyx Həsən Səffar Ali Səuda səslənərək digər məzhəbin ardıcıllarına tanınan hüquqların şiələrə də tanınmasını istəyib. O deyib ki, şiələr də digərləri kimi azad ibadət etmək və dini mərasimlərini yerinə yetirmək hüququna malik olmalıdırlar.

Şeyx Səffar deyib ki, onlar çox gözəl bilirlər ki, Cəfərilik İslamibir məzhəbdr. Sadəcə olaraq bunu etiraf etməyə mənən hazır deyillər.

Cəfəriliyin rəsmən tanınmamasına hiddətlənən alim deyib ki, axı necə ola bilər ki, İmam Sadiqin(ə) şagirdləri olan Əbu Hənifənin, Malikin məzhəbləri rəsmən tanınır amma İmam Sadiqin(ə) özünün məzhəbi rəsmən tanınmır.

Camaatın etiqadlarının rəsmən tanınması həm Qurani-Kərimin və beynəlxalq hüquq qanunlarının buyruğudur deyən Şeyx Səffar deyib ki, heç bir dövlətin camaatının seçdikləri dinə itaət etməsinə mane olmağa haqqı çatmır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-246.html