
Təkfirçiliyin imperialist güclərin İslamın gerçək simasını bulaşdırmaq üçün ortaya atdığı bir layihə olduğunu qeyd edən Urmiyyənin imam cüməsi Molla Abdulqadir Bəyzavi şiə və əhli-sünnə arasındakı vəhdətdən və onlarən təkfirçilərlə mübarizədəki rolundan danışıb.
Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi xəbərə görə Molla Abdulqadir Beyzavi bildirmişdir ki; “Bizimlə Şiə məzhəbi arasında müştərək nöqtələr ixtilaflı məsələlərlə müqayisə edilməyəcək qədər çoxdur. Bu xırda ixtilafları gündəmə gətirmək əvəzinə, əsas məsələlərdəki ortaq dəyərlərimiz ətrafında birləşməliyik. Müsəlman bəsirətli olmalıdır. Düşmənin hiyləsinə aldanmamalıdır. Mən şiə-sünni vəhdətininin təkfirçiliyin kökünü kəsəcəyinə inanıram. Məzhəb zəminində baş verən qarşıdurmalardan xilas olmağın yeganə yolu vəhdətdir. İslam düşmənləri təkfirçi qrupları maliyyələşdirərək gündəmə gətirir və bununla beynəlxalq aləmdə İslamın simasını çırkin göstərməyə və İslama tərəf olan axının qarşısını almağa çalışır.
Din alimi sözlərinə belə davam edib: “Alimlərin üzərinə çox ağır məsuliyyət düşür. Onlar xüsusən gəncləri həqiqi İslam dəyərləri ilə tanış etməli və təkfirçi düşüncədən uzaq tutmalıdırlar. Alimlərin ciddi səyləri ilə təkfirçi zehniyyət özünə zəmin yarada bilməyəcək.”