11 Sentyabr, 2014
Azərbaycanda imam və axundların vahid geyiminin tətbiqinə başlanıb(foto)

Azərbaycanda ilk dəfə olaraq müsəlman din xadimlərinin – imam və axundların vahid geyiminin tətbiqinə başlanıb.

Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dindarların iştirakı ilə təqdimat mərasimi keçirilib.

İlk olaraq milli geyimlər QMİ tərəfindən təşkil olunmuş dindarların təkmilləşdirilməsi kurslarının 100 müdaviminə təqdim olunub. Bildirilib ki, geyimlərin dindarlara verilməsi davam edəcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2456.html