
Əhli-beyt sevgisi Azərbaycan və İran arasındakı müsbət münasibətlər üçün bir dayaqdır.
Ahlibeyt.az-ın Salamnews-a istinadən xəbərə görə bunu İranın Bakıdakı səfiri Mohsen Pak Ayin söyləyib.
İran səfiri rəsmi “Facebook” səhifəsində İmam Rza ziyarətgahının bayrağının Bakıya gətirilməsi ilə bağlı fikirlərini bölüşüb: “İmam Rza ziyarətgahının bayrağı Bakıya gətirilib. Bu günlər müqəddəs hesab edilir. İmam Rzanın (ə) doğum günü ərəfəsi və ziyarətgahdakı mənəvi gözəllik vəsfedilməzdir. Həqiqətən də Əhli-beyti sevmək Azərbaycan və İran xalqlarını birləşdirən əsas amillərdəndir və iki ölkə arasındakı müsbət münasibətlər üçün bir dayaqdır."