4 Sentyabr, 2014
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfərə dəvət edilib

İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını Tehrana rəsmi səfərə dəvət edib.

 

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə bu barədə İran səfiri Möhsin Pakayinin komitə sədri Mübariz Qurbanlı ilə görüşündə məlumat verilib.

Görüş zamanı səfirin İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin dəvət məktubunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinə çatdırıb. Azərbaycan rəsmisi İrana səfərə gedəcəyini vəd edib.

Tərəflər görüş zamanı regionda baş verən prosesləri, qarşılıqlı əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsi və sair mövzuları müzakirə ediblər.

Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2433.html