
Samirrada imam Həsənin (ə) məqbərəsi yaxınlığında terror aktı törədilib
İraqın Samirra şəhərində imam Həsən Əsgərinin (ə) məqbərəsi yaxınlığında içərisində mina yerləşdirilmiş avtomaşının partladılması nəticəsində dörd nəfər ölüb, 11 nəfər yaralanıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə "SumariaNews” agentliyi məlumat yayaraq bildirmişdir ki, terror aktı “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı vuruşan könüllü dəstələri hədəfə alıb.
İmamın məqbərəsini ziyarətə gələnlər arasında xəsarət alanların olmadığı bildirilir.