3 Sentyabr, 2014
Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Maarif İrşad oğlu 9 ay Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edib. O, Suriyadan Türkiyəyə, oradan isə Azərbaycana gələrkən Gəncə hava limanında həbs edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2431.html