3 Sentyabr, 2014
Fətullah Gülən Türkiyədə hakimiyyəti devirmək və Baş Naziri həbs etdirmək əmri veribmiş

Türkiyədə 25 dekabr əməliyyatları zamanı hökuməti devirməkdə günahlandırılan 33 polis işçisi sorğu-sual edilib.

Ahlibeyt.az-ın Türk agentliklərinə istinadən verdiyi xəbərə görə,istintaq cəlb olunan yüksək rütbəli polis zabitləri  Fətullah Gülənin lideri olduğu Gülən camaaatı ilə əlaqələrinin olmadığını söyləyiblər.

Amma bu hadisələrə görə peşmanlıq hissi keçirən bəzi polis işçilərinin ifadələri Türkiyə mediyasına sızıb.
Həmin polis məmurları öz ifadələrində bildirmişlər ki,“Gülən məktəblərinin bağlanmasından sonra Pensilvaniyadan gələn əmrlə hökuməti devirərək baş naziri həbsə atmaq istədilər. Bundan sonra onlar istədikləri kimi hökumət qurmaq istəyirdilər”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2425.html