
Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) Yerevandakı Türk məscidində Cümə namazı qılmaq istəyinə Ermənistan hakimiyyəti icazə vermədiyindən sözügedən mərasim işğalçı ölkə ilə sərhəddə, Əlican keçid məntəqəsində reallaşdırılacaq.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə ASİMDER-dən Salamnews-a verilən məlumata görə, mərasim sentyabr ayının 5-də baş tutacaq.
Bildirilib ki, Beynəlxalq Diaspora Mərkəzi də Ermənistanla sərhəddə keçiriləcək cümə namazı mərasiminə dəstək verəcək. Bu məqsədlə BDM nümayəndə heyəti sentyabrın 4-də İqdıra səfər edəcək. Əlican keçid məntəqəsində baş tutacaq cümə namazından sonra ASİMDER və BDM Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirəcək, dünya birliyindən Ermənistana qarşı müəyyən sanksiyalar tətbiq etməyi istəyəcəklər.